Azərbaycan Prezidenti və Qətər əmirinin geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti və Qətər əmirinin geniş tərkibdə görüşü olub Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb
Xarici siyasət
8 Mart , 2016 11:35
Azərbaycan Prezidenti və Qətər əmirinin geniş tərkibdə görüşü olub

Bakı. 8 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

"Report" xəbər verir ki, bundan öncə rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qətər əmirinə raport verib. İki ölkənin dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Qətər əmirinə, Qətərin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Xatırladaq ki, Qətər əmiri şeyx Təmim bin Həməd əl-Tani martın 7-də Azərbaycana rəsmi səfərə gəlib.

Son xəbərlər

Orphus sistemi