Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Ukraynanın dövlət başçısına təbrik məktubu göndərib

    Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm

    Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Pyotr Poroşenkoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

    "Hörmətli cənab Prezident,

    Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

    Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi