Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib “İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”
Xarici siyasət
23 Avqust , 2017 17:20
Azərbaycan Prezidenti ukraynalı həmkarına təbrik məktubu göndərib

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Pyotr Poroşenkoya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız dövlətlərarası münasibətlərimizin inkişafı üçün möhkəm bünövrədir. İnanıram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"

Son xəbərlər

Orphus sistemi