Yuxarı

​Azərbaycan Prezidenti Türkiyənin baş naziri ilə görüşüb

Davudoğlu: “Türkiyə bütün hallarda Azərbaycanın yanındadır”

Davudoğlu: “Türkiyə bütün hallarda Azərbaycanın yanındadır”

Bakı. 14 aprel. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, görüşdə İlham Əliyev deyib ki, zirvə toplantısında iştirakçıların sayının çox olması Türkiyənin dünyadakı yeri və təsirinin yüksək olduğunu göstərir.

Əhməd Davudoğlu son günlər Dağlıq Qarabağda təmas xəttində şəhid olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib: "Türkiyə bütün hallarda Azərbaycanın yanındadır".

Azərbaycan Prezidenti İlham Əliyev dəstəyinə görə Türkiyəyə təşəkkürünü bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi