Yuxarı

Azərbaycan Prezidenti Türkiyənin baş naziri Əhməd Davudoğlunu təbrik edib

Prezident İlham Əliyev noyabrın 2-də Əhməd Davudoğluna telefonla zəng edib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Dövlət başçısı baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən Türkiyə baş naziri, öz növbəsində, hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi