Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin vitse-spikerini qəbul edib

Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin vitse-spikerini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici siyasət
12 İyun , 2019 15:41
Azərbaycan Prezidenti Türkiyə Böyük Millət Məclisinin vitse-spikerini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyi vurğulanıb.

Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal enerji və nəqliyyat layihələrinin önəmi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı məsələlər müzakirə edilib, ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminlik bildirilib.

Görüşdə Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi