Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti Tunisin dövlət başçısını təbrik edib

    İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqların mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək

    Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Tunisin dövlət başçısı Beji Kaid əs-Sebsini təbrik edib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

    "Tunis Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, Azərbaycan-Tunis dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tunis xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi