Yuxarı

Azərbaycan Prezidenti: "Terrorizmi yalnız bütün dünya ictimaiyyətinin birgə səyləri sayəsində məğlub etmək mümkündür"

Suriya vahid dövlət kimi qalmalıdır, Suriyanın ərazi bütövlüyü təmin olunmalıdır

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Suriya vahid dövlət kimi qalmalıdır, Suriyanın ərazi bütövlüyü təmin olunmalıdır. İkincisi, Suriya xalqı müqəddəratını özü müəyyən etməlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində Suriya böhranının həlli ilə bağlı məsələni şərh edərkən deyib.

Prezident qeyd edib ki, terrorizmi yalnız bütün dünya ictimaiyyətinin, bütün aparıcı ölkələrin birgə səyləri sayəsində məğlub etmək mümkündür.

"Təəssüf ki, bu gün biz bunu görmürük. Hazırkı vəziyyətdə Rusiya tərəfinin yanaşmasını haqlı hesab edirəm. Çünki Rusiya da radikallara, terrorçulara, ekstremistlərə qarşı mübarizədə səyləri birləşdirməyin lazım olduğunu bəyan edir", - deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, terrorçuları "yaxşı və pis" olaraq qruplara bölmək yanlışdır. "Gec-tez, bu bumeranq zərbə endirəcək. Tarix dəfələrlə bunu sübut edib. Lakin bu mövzuda hələlik konsensus görmürük və bu, əlbəttə ki, çox narahatedicidir", - deyə o bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi