Azərbaycan Prezidenti Tacikistanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Tacikistanın dövlət başçısını təbrik edib Məktub Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
8 Sentyabr , 2017 18:09

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Hörmətli Emoməli Şərifoviç,

Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Tacikistan dostluğu zəngin ənənələrə malikdir. İnanıram ki, bu ənənələri özündə yaşadan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün daim möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tacikistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi