Yuxarı

Azərbaycan Prezidenti Tacikistanın dövlət başçısını təbrik edib

Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib. "Report" xəbər verir ki, təbrik mətnində deyilir:

"Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi