Azərbaycan lideri: "SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var"

Azərbaycan lideri: "SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var" Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Bizim indi çoxlu investisiya layihələrimiz var, - Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asiyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam.
Xarici siyasət
9 Dekabr , 2023 10:19
Azərbaycan lideri: SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var
İlham Əliyev

Bizim SPECA Proqramına üzv olan bütün ölkələrlə mükəmməl əlaqələrimiz var. Bizim indi çoxlu investisiya layihələrimiz var, - Azərbaycanın Mərkəzi Asiyada investisiyalarını, Mərkəzi Asiyanın Azərbaycanda investisiyalarını nəzərdə tuturam.

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Şərq-Qərb Trans-Xəzər nəqliyyat marşrutunun Mərkəzi Asiya ölkələri üçün Qara dəniz, Aralıq dənizi və inteqrasiya olunmuş bağlılıq layihələri vasitəsilə Avropa ilə ən cəlbedici nəqliyyat bağlantısı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Biz siyasi müstəvidə çox müsbət dinamikanı müşahidə edirik, çünki indiki çətin geosiyasi vəziyyətdə SPECA Proqramına üzv olan ölkələr bu gün sabitlik nümayiş etdirir. Bu, ən vacib amillərdən biridir. Çünki sabitlik olmasa, investisiya, iqtisadi inkişaf və təhlükəsizlik olmaz. Bu gün SPECA Proqramına üzv olan ölkələrə baxsanız görərsiniz ki, Mərkəzi Asiya və Azərbaycan geosiyasi sabitlik ərazisidir, baxmayaraq ki, yaxınlıqda risklər də mövcuddur. Mərkəzi Asiya ölkələri üçün bu risklər Azərbaycanla müqayisədə hətta daha da yüksəkdir. Odur ki, bu, qeyd etdiyim ölkələrin uğurunun mühüm amili kimi nəzərə alınmalıdır”.

Son xəbərlər

Orphus sistemi