​Azərbaycan Prezidenti Sloveniya parlamenti Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

​Azərbaycan Prezidenti Sloveniya parlamenti Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub
Xarici siyasət
3 Mart , 2015 16:47
​Azərbaycan Prezidenti Sloveniya parlamenti Milli Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

“Report”un xəbərinə görə, Milli Şuranın sədri Mitya Bervar Sloveniya Respublikasının Prezidenti Borut Pahorun salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli münasibətlərin səviyyəsinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi sahədə razılıq doğurduğu bildirilib, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub. Sloveniya Respublikası parlamenti Milli Şurasının sədri Mitya Bervarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçısı Prezident Borut Pahorun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sloveniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi