Azərbaycan Prezidenti Sinqapurun dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Sinqapurun dövlət başçısını təbrik edib Məktub Sinqapur Respublikasının milli bayramı münasibətilə göndərilib
Xarici siyasət
8 Avqust , 2017 18:06
Azərbaycan Prezidenti Sinqapurun dövlət başçısını təbrik edib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama məktub göndərib. 

"Report"un məlumatına görə, təbrik mətnində bildirilir: 

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi