Azərbaycan Prezidenti: "Şərq Tərəfdaşlığı sammiti uğurla keçdi və yaxşı nəticələr verdi" - YENİLƏNİB

Azərbaycan Prezidenti: "Şərq Tərəfdaşlığı sammiti uğurla keçdi və yaxşı nəticələr verdi" - YENİLƏNİB İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin bütün sahələrini əhatə edəcəyinə ümidvaram"
Xarici siyasət
29 Noyabr , 2017 12:46
Azərbaycan Prezidenti: Şərq Tərəfdaşlığı sammiti uğurla keçdi və yaxşı nəticələr verdi - YENİLƏNİB
President.az

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri xanım Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyib. 

Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana səfərini xatırlayan Prezident İlham Əliyev bu səfərin uğurla keçdiyini bildirdi və ölkələrimiz arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı ticarət, investisiya qoyuluşu, ölkələrimizin daha çox şirkətlərinin birgə çalışmasının önəmini vurğulayıb. Prezident İlham Əliyev bu baxımdan iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirərək sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayıb, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Xorvatiya arasında energetika sahəsində uzunmüddətli əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyərək Xorvatiyanın “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında mütəmadi iştirak etməsindən məmnun olduğunu bildirib.

Xorvatiya baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Martina Daliç Xorvatiyanın Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və baş nazir Andrey Plenkoviçin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Martina Daliç Bakıya gəlişindən məmnunluğunu ifadə edərək ölkəmizdə özlərini evdəki kimi hiss etdiklərini bildirib. O, iki ölkə arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyərək, iki dövlət başçısının əməkdaslığımızın genişlənməsi baxımından birgə səylərinin önəmini qeyd edib. Xanım Martina Daliç sərmayə qoyuluşu, ticarət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu deyib və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın uğurla fəaliyyət göstərdiyini qeyd edib.

Prezident İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və baş nazir Andrey Plenkoviçin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Xorvatiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş ediv.


*** 11:44

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 29-da Xorvatiya Respublikasının baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri, Birgə Komissiyanın həmsədri Martina Daliçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi