Azərbaycan Prezidenti San-Marinonun rəhbərliyini təbrik edib

Azərbaycan Prezidenti San-Marinonun rəhbərliyini təbrik edib Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
3 Sentyabr , 2018 18:06
Azərbaycan Prezidenti San-Marinonun rəhbərliyini təbrik edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati-aliləri,

San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi