Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısına başsağlığı verib "Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi"
Xarici siyasət
31 Oktyabr , 2015 14:28
Azərbaycan Prezidenti Rusiyanın dövlət başçısına başsağlığı verib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report"un məlumatına görə, başsağlığı məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Rusiyaya məxsus “Airbus-321” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi