Azərbaycan Prezidenti Rumıniyanın dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Rumıniyanın dövlət başçısına təbrik məktubu göndərib "Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
Xarici siyasət
30 Noyabr , 2015 18:25
Azərbaycan Prezidenti Rumıniyanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın dövlət başçısı Klaus İohannisə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Daim genişlənən dostluq əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

İnanıram ki, ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı, strateji xarakter daşıyan əməkdaşlığımızın mövcud potensialından səmərəli istifadə olunması bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi