Azərbaycan Prezidenti Qırğızıstana humanitar yardım göndərilməsi ilə bağlı tapşırıq verib

Azərbaycan Prezidenti Qırğızıstana humanitar yardım göndərilməsi ilə bağlı tapşırıq verib Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür
Xarici siyasət
3 Dekabr , 2015 18:34
Azərbaycan Prezidenti Qırğızıstana humanitar yardım göndərilməsi ilə bağlı tapşırıq verib

Bakı. 3 dekabr. REPORT.AZ/ Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.

Son xəbərlər

Orphus sistemi