​Azərbaycan Prezidenti Qətərin nəqliyyat nazirini qəbul edib

​Azərbaycan Prezidenti Qətərin nəqliyyat nazirini qəbul edib Prezident İlham Əliyev nəqliyyat sahəsində perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini deyib
Xarici siyasət
16 Mart , 2015 12:51
​Azərbaycan Prezidenti Qətərin nəqliyyat nazirini qəbul edib

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitini qəbul edib. “Report” xəbər verir ki, nazir Cassim Saif Əhməd Al-Sulaiti ölkədə mövcud olan müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını bildirib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparıldığını deyib. Azərbaycanla əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən nazir səfərinin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb.

Dövlət başçısı hər iki ölkədə regional nəqliyyat infrastrukturu yaradılması istiqamətində mühüm işlər görüldüyünü, bu sahədə uğurlar əldə edildiyini deyib. Azərbaycan ilə Qətər Dövləti arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirən Prezident İlham Əliyev bu sahədə perspektivləri müəyyənləşdirməyin və birgə səyləri artırmağın vacibliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi