Azərbaycan Prezidenti ​Qətər əmirinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti ​Qətər əmirinə təbrik məktubu göndərib "Qətər Dövlətinin Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm"
Xarici siyasət
17 Dekabr , 2014 18:58
Azərbaycan Prezidenti ​Qətər əmirinə təbrik məktubu göndərib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham ƏIiyev Qətər Dövlətinin əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Qətər Dövlətinin Milli günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim sülh və rifah diləyirəm".

Son xəbərlər

Orphus sistemi