Yuxarı

Azərbaycan Prezidenti Portuqaliyanın yeni seçilmiş dövlət başçısını təbrik edib

Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Rebelo de Susa,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi