Azərbaycan Prezidenti Portuqaliyanın dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Portuqaliyanın dövlət başçısına təbrik məktubu göndərib "Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm"
Xarici siyasət
9 İyun , 2015 18:36
Azərbaycan Prezidenti Portuqaliyanın dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi