​Azərbaycan Prezidenti Polşanın prezidenti və Almaniya XİN başçısı ilə görüşüb

​Azərbaycan Prezidenti Polşanın prezidenti və Almaniya XİN başçısı ilə görüşüb Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib
Xarici siyasət
9 İyul , 2016 01:20
​Azərbaycan Prezidenti Polşanın prezidenti və Almaniya XİN başçısı ilə görüşüb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Varşavada Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparılıb.

İnfromasiyada bildirilib ki, iyulun 8-də Varşavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi