Azərbaycan Prezidenti Polşanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Polşanın dövlət başçısını təbrik edib "Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
Xarici siyasət
2 May , 2016 17:37
Azərbaycan Prezidenti Polşanın dövlət başçısını təbrik edib

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Polşa münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi