Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib "Ümidvaram ki, Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik"
Xarici siyasət
28 İyul , 2016 18:04
Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Peru Respublikasının prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident,

Peru Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi