Azərbaycan Prezidenti Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.
Xarici siyasət
20 İyul , 2018 11:01
Azərbaycan Prezidenti Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev “IVECO France” şirkətinin ekoloji baxımdan təmiz avtobuslarının Bakıda uğurla fəaliyyət göstərdiyini məmnunluqla qeyd edib, bu avtobusların şəhərimizin nəqliyyat infrastrukturunun inkişafında oynadığı rolu xüsusi vurğulayıb. Dövlət başçısı “IVECO” avtobusları sayəsində Bakıda ictimai nəqliyyatla bağlı bir çox problemlərin həllini tapdığını deyib.

“IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez Bakının nəqliyyat infrastrukturu sahəsində regionun aparıcı şəhəri olduğunu vurğulayıb. Bildirib ki, paytaxtda avtobus deposu beynəlxalq normalara uyğun təşkil olunub. O, şirkətinin avtobuslarının Bakının ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsində, həmçinin digər texnikalarının kənd təsərrüfatı sahəsində aparıcı rol oynadığına ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi