Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib "Son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir"
Xarici siyasət
17 Fevral , 2017 12:30
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, məktubda bildirilib ki, son günlər ölkənizdə törədilmiş terror aktları bizi son dərəcə kədərləndirir: "Biz bu amansız əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı hamılıqla, qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"