Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib "Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi"
Xarici siyasət
8 Dekabr , 2016 15:40
Azərbaycan Prezidenti pakistanlı həmkarına başsağlığı verib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib. 

"Report"un məlumatına görə, məktubda bildirilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi