Azərbaycan Prezidenti Norveç kralını təbrik edib

Azərbaycan Prezidenti Norveç kralını təbrik edib Məktub ölkənin milli bayramı – Konstitusiya Günü münasibətilə göndərilib
Xarici siyasət
16 May , 2017 18:20
Azərbaycan Prezidenti Norveç kralını təbrik edib

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və rifah arzulayıram". 

Son xəbərlər

Orphus sistemi