Yuxarı

Azərbaycan Prezidenti Norveç kralına təbrik məktubu göndərib

Norveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan ən səmimi təbriklərimi yetirirəm

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir:

"Əlahəzrət,

Norveç Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi