Azərbaycan Prezidenti Nepalın liderinə məktub yazdı

Azərbaycan Prezidenti Nepalın liderinə məktub yazdı Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.
Xarici siyasət
18 Sentyabr , 2020 15:07
Azərbaycan Prezidenti Nepalın liderinə məktub yazdı
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir: 

Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.

Son xəbərlər

Orphus sistemi