Azərbaycan Prezidenti Münxendə "MAN SE" şirkətinin baş icraçı katibi ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti Münxendə "MAN SE" şirkətinin baş icraçı katibi ilə görüşüb - YENİLƏNİB Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib
Xarici siyasət
17 Fevral , 2017 12:13
Azərbaycan Prezidenti Münxendə MAN SE şirkətinin baş icraçı katibi ilə görüşüb - YENİLƏNİB

İlk xəbər saat 11:12-də verilib

Bakı. 17 fevral. REPORT.AZ/ Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə "MAN SE" şirkətinin baş icraçı katibi Yoaxim Dris ilə görüşüb.

"Report"un xəbərinə görə, görüşdə Yoaxim Dris Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə irimiqyaslı layihələrin həyata keçirildiyini, nəqliyyat dəhlizləri ilə bağlı gedən proseslərdən məmnun qaldıqlarını, respublikamızda fəaliyyət göstərməkdə maraqlı olduqlarını bildirib.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda müxtəlif sahələrdə yeniləşmə işlərinin aparıldığını, ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğuladı. 

Dövlət başçısı əməkdaşlıq imkanlarının araşdırılması üçün “MAN SE” şirkətinin nümayəndələrini Azərbaycana səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi