Azərbaycan Prezidenti Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Prezidenti Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
18 Fevral , 2017 14:38
Azərbaycan Prezidenti Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşüb.

"Report" xəbər verir ki, Mauro Moretti Azərbaycanda olduğunu, Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizdə gedən inkişaf proseslərini və qazanılan nailiyyətləri yaxından izlədiyini deyən baş icraçı direktor şirkətin Azərbaycanda müxtəlif strukturlarla, o cümlədən SOCAR ilə əlaqələrindən danışdı, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi