Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib - ƏLAVƏ OLUNUB Dövlət başçısı “dəyirmi masa”da çıxış edib
Xarici siyasət
17 Fevral , 2017 13:58
Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “dəyirmi masa”da iştirak edib - ƏLAVƏ OLUNUB

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.

"Report" xəbər verir ki, Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İŞİNGER müxtəlif ölkələrdən siyasətçilərin, biznes strukturlarının nümayəndələrinin, elm adamlarının iştirak etdiyi bu konfransda təhlükəsizlik, enerji və digər sahələrə aid mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Konfrans çərçivəsində enerji məsələləri ilə bağlı xüsusi “dəyirmi masa”nın keçirilməsinin əhəmiyyətini qeyd edən V.İşinger Münxen Təhlükəsizlik Konfransını uzun müddətdir dəstəkləyən və onun dostu olan Prezident İlham Əliyevi salamlayaraq deyib: "Cənab Prezident! Siz bu konfransda dəfələrlə çıxış etmisiniz. Sizin ekspert biliyiniz təkcə enerji sahəsində vacib rol oynayan ölkənin rəhbəri kimi yox, ölkəyə on dörd il başçılıq edən bir şəxs kimi bizim üçün vacibdir. Ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Ölkənizə səfər etdikdə mənə dəfələrlə vaxt ayırdığınıza görə Sizə necə minnətdar olduğumu burada toplaşan insanlara çatdıra bilmirəm.

“Offshore Northern Seas” Fondunun prezidenti və baş icraçı direktoru Leif Yohan SEVLAND Münxen Təhlükəsizlik Konfransının artıq 50 ildən çoxdur mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildiyini bildirdi. O, konfransda enerji məsələləri, o cümlədən enerji təhlükəsizliyi sahəsində mövcud problemlərin və yeni çağırışların müzakirə edildiyi “dəyirmi masa”nın önəmini vurğulayaraq bildirdi:

“Dəyirmi masa”da birinci çıxış edəcək və təqdim etməkdən qurur duyduğum natiq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir. Cənab Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə 2003-cü ildə seçilib, 2008-ci və 2013-cü illərdə isə bu vəzifəyə yenidən seçilib. Cənab Prezident, Sizin mənə güclü təsir bağışladığı tərcümeyi-halınızla tanış oldum. Prezident seçildikdən əvvəl Siz Azərbaycanda bir neçə yüksək səviyyəli sənaye və hökumət vəzifəsini tutmusunuz. Siz müstəqil Azərbaycanın neft strategiyasının geosiyasi aspektləri üzrə çoxsaylı tədqiqatların müəllifisiniz və siyasi elmlər üzrə doktor dərəcəsinə maliksiniz. Cənab İşinger Azərbaycanın neft və qaz istehsalı sahəsində əhəmiyyətli bir ölkə kimi vacibliyini, həm Şərq, həm də Qərb bazarları üçün strateji yerləşmənizi qeyd etdi. Biz Sizin enerji təhlükəsizliyi ilə bağlı fikirlərinizi eşitmək istəyirik. Prezident Əliyev, buyurun".

Dövlət başçısı “dəyirmi masa”da çıxış edib. 

“Dəyirmi masa”da Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının şaxələndirilmə imkanları, bu sahədə mövcud cəhdlər, həmçinin neft qiymətləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi