Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısına təbrik məktubu göndərib İlham Əliyev Monteneqronun milli bayramı münasibətilə Filip Vuyanoviçi Azərbaycan xalqı adından təbrik edib
Xarici siyasət
12 İyul , 2017 18:01
Azərbaycan Prezidenti Monteneqronun dövlət başçısına təbrik məktubu göndərib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Monteneqro dostluğu və əməkdaşlığının daha da möhkəmləndirilməsi və inkişafı yolunda atılan addımlar bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq diləyirəm."

Son xəbərlər

Orphus sistemi