Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib "Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr xalqlarımızın rifahına xidmət edəcək"
Xarici siyasət
12 İyul , 2016 18:49
Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik edib

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi