Yuxarı

Azərbaycan Prezidenti Moldovanın Baş naziri ilə görüşüb

Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb.

"Report"un xəbərinə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirilib, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edilib. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırılıb, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edilib. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi