Azərbaycan Prezidenti Misirin Cənubi Sinay əyalətinin qubernatorunu qəbul edib

Azərbaycan Prezidenti Misirin Cənubi Sinay əyalətinin qubernatorunu qəbul edib Xaled Fouda Birinci Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib
Xarici siyasət
27 May , 2015 18:16
Azərbaycan Prezidenti Misirin Cənubi Sinay əyalətinin qubernatorunu qəbul edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un məlumatına görə, dövlət başçısı qubernator Xaled Foudanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkəmizlə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağına əminliyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli və eləcə də regionlararası əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə qaldırılmasının önəmini vurğulayıb və bu əlaqələrin inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanılmasının zəruriliyini bildirib. Xalqlarımızın bir-birinə böyük rəğbət bəslədiyini deyən dövlətimizin başçısı əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da səfərin əhəmiyyətini qeyd edib.

Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fouda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlət başçısına çatdırıb. O, 28 May - Respublika Günü münasibətilə dövlət başçısını təbrik edib. Xaled Fouda Azərbaycana ilk dəfə səfər etməsinə baxmayaraq, artıq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. Misirli qonaq Azərbaycanın regionda aparıcı ölkə olduğunu qeyd edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, ölkəmizin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm rol oynadığını vurğulayıb. Birinci Avropa Oyunlarının ilk dəfə olaraq Azərbaycanda keçirilməsini yüksək qiymətləndirən Xaled Fouda 2017-ci ildə İslam Həmrəylik Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərarın önəmini də vurğulayıb.

Dövlət başçısı Prezident Əbdülfəttah əs-Sisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Misir dövlətinin başçısına çatdırmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi