Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Meksikanın dövlət başçısını təbrik edib

    Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

    "Hörmətli cənab Prezident,

    Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

    Ümidvaram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi