Yuxarı

Azərbaycan Prezidenti meksikalı həmkarını təbrik edib

Azərbaycan ilə Meksika arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nyetoya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi