Azərbaycan Prezidenti meksikalı həmkarına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti meksikalı həmkarına təbrik məktubu göndərib Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib.
Xarici siyasət
15 Sentyabr , 2018 18:08
Azərbaycan Prezidenti meksikalı həmkarına təbrik məktubu göndərib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi