Azərbaycan Prezidenti Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu Vəliəhd seçilməsi münasibəti ilə təbrik edib

Azərbaycan Prezidenti Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu Vəliəhd seçilməsi münasibəti ilə təbrik edib “Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram”
Xarici siyasət
23 İyun , 2017 13:46
Azərbaycan Prezidenti Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu Vəliəhd seçilməsi münasibəti ilə təbrik edib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, belə möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizinlə görüşümüzü, apardığımız fikir mübadiləsini xoş təəssüratlarla xatırlayıram.

Fürsətdən istifadə edərək müqəddəs Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”. 

Son xəbərlər

Orphus sistemi