Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Maltanın dövlət başçısını təbrik edib

    İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik

    Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib. 

    "Report"un məlumatına görə, təbrikdə deyilir: 

    "Hörmətli xanım Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi