Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna məktub göndərib

Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna məktub göndərib Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib.
Xarici siyasət
22 iyun 2018 13:16
Azərbaycan Prezidenti Lüksemburqun Böyük Hersoquna məktub göndərib
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Lüksemburqun milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi