Azərbaycan Prezidenti Litvanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Litvanın dövlət başçısını təbrik edib "İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək"
Xarici siyasət
15 Fevral , 2016 18:48
Azərbaycan Prezidenti Litvanın dövlət başçısını təbrik edib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, siyasi, iqtisadi və mədəni əlaqələrimizin, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

Orphus sistemi