Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib

Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
15 Fevral , 2019 16:47
Azərbaycan Prezidenti Litva Prezidentini təbrik edib

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Litva arasındakı mövcud dostluq və tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Litva xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Son xəbərlər

Orphus sistemi