Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Keniya Prezidentini Milli Bayram münasibətilə təbrik edib.
"Report" AzərTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və rifah diləyirəm.