​Azərbaycan prezidenti Kamboca xalqını təbrik edib

​Azərbaycan prezidenti Kamboca xalqını təbrik edib İlham Əliyev Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıb
Xarici siyasət
7 Noyabr , 2015 20:20
​Azərbaycan prezidenti Kamboca xalqını təbrik edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Kambocanın Müstəqillik günü münasibətilə həmkarına təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, prezident Kamboca kralı Əlahəzrət Norodom Sihamoniyə öz və Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.

“Əlahəzrət, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək.

Bu bayram günündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamboca xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Son xəbərlər

Orphus sistemi