Azərbaycan Prezidenti Kamboca kralını təbrik edib

Azərbaycan Prezidenti Kamboca kralını təbrik edib Məktub Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə göndərilib
Xarici siyasət
301
8 Noyabr , 2016 18:04
Azərbaycan Prezidenti Kamboca kralını təbrik edib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kambocanın kralı əlahəzrət Norodom Sihamoniyə təbrik məktubu göndərib. 

"Report"un məlumatına görə, təbrikdə deyilir: 

"Əlahəzrət,

Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Kamboca xalqına sülh və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi