Azərbaycan Prezidenti isveçrəli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti isveçrəli həmkarı ilə görüşüb Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb
Xarici siyasət
22 Yanvar , 2016 15:14
Azərbaycan Prezidenti isveçrəli həmkarı ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda İsveçrə Konfederasiyasının Prezidenti Yohan Şnayder-Amman ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, nəqliyyat sahələrində səmərəli əməkdaşlığın olduğu vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolundan danışılıb.

Söhbət zamanı beynəlxalq aləmdə hazırkı vəziyyət, neftin qiymətinin aşağı düşməsi fonunda gedən iqtisadi proseslər, maliyyə və iqtisadi sahələrdə böhran ətrafında fikir mübadiləsi aparılıb, həm Azərbaycanda, həm də İsveçrədə bu istiqamətdə atılan addımlar müzakirə edilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi